İqtisadiyyat Nazirliyinə məxsus "Təmiz Şəhər" ASC 1 100 litrlik tullantı konteynerlərinin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
FED.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Agro Trade Com" MMC-dir.
Qalib şirkətə 48144 manat ödəniləcək. (Report)