Təhsil Nazirliyinin Təsərrüfat Hesabli Əsasli Tikinti və Təchizat İdarəsi yemək tenderi ilə bağlı tenderin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi "TAİS İKF" (VÖEN: 1400019741) olub.
Şirkətlə 6 616 245 manat məbləğində müqavilə imzalanıb.
Müqavilədə Təhsil nazirliyinin birbaşa tabeliyində olan təhsil müəssisəsində dövlət təminatında olan təhsilalanların 2022-ci ilin sentyabr-dekabr ayları ərzində yeməklə təchizatı nəzərdə tutulur.