İqtisadiyyat Nazirliyinə məxsus "Sumqayıt Kimya Sənaye Parkı" MMC Sumqayıt, Pirallahı və Ağdamdakı sənaye parkları, eləcə də Yevlax rayonunda pilot layihə kimi yaradılacaq aqropark üçün layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Eləcə də bax: “Bakı Metropoliteni” 2,5 milyon manatlıq tenderin - QALIBİNİ AÇIQLADI
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, dövlət dövlət satınalmalarının vahid internet portalında verilən məlumata gör, tenderin qalibi "Azin Construction" MMC-dir.
Qalib şirkətə 965 599 manat ödəniləcək.