"Təhlükəli Tullantılar" MMC dizel mühərrikli pikap tipli nəqliyyat vasitəsinin satın alınması tenderinə yekun vurub.
Agentlik "Subaru Azərbaycan"dan 68,6 min manata avtomobil alır - TENDER NƏTİCƏSİ
FED.az xəbər verir ki, qalib "Subaru Azərbaycan" MMC (VÖEN: 1400968521) seçilib.
Tenderin dəyəri 56 800 manatdır.
Qeyd edək ki, şirkət daha öncə Sosial Xidmətlər Agentliyi "Sosial Xidmətlər Agentliyinin Aparatı üçün xidməti avtomobilin satın alınması" tenderinin qalibi seçilib.
Həmin tenderin dəyəri 68 600 manat olub (10.03.2023).
Nəqliyyat vasitəsinə verilən tələblər isə belə olmalıdır: Buraxılış ili: 2022-ci il Mühərrikin həcmi sm3: 2400 - 3000 Silindrlərin sayı: 4 Maksimal güc at/g: 130 - 200 Yük götürmə imkanı: azı 800 kq Transmissiya: Avtomatik Pillə sayı: azı 5 Klirens mm: 200-220 Təhlükəsizlik Əyləc sistemi ABS+EBD Təhlükəsizlik yastıqları-Ön sürücü və sərnişin üçün Sərnişinin təhlükəsizlik kəmər xatırladıcısı 3 nöqtəli təhlükəsizlik kəmərləri İnteryer Sükanda audio idarəetmə sistemi və telefon Kruiz kontrol Çıxışa görə tənzimlənən sükan Sürücü oturacağı-Mexaniki tənzimlənən Açarsız daxilolma və bir toxunuşla işəsalma Arxa görüntü üçün salon güzgüsü Kondinsioner-Tək zonalı avtomatik şüşə qaldırıcıları-Elektrik, 4 ədəd Eksteryer Ön duman faraları Hologen faralar Arxa görünüş kamerası Arxa şüşənin qızdırıcısı Yan ayaqaltılar
Şirkət 12.09.2006-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 3 700 020 manatdır. Qanuni təmsilçisi Elçin Əsədov Qamət oğludur. Hüquqi ünvanı, Az0100, Bakı şəhəri, Xırdalan şəhəri, Bakı-Sumqayıt Şossesində yerləşi