“Azərsu” ASC ““Azərsu” ASC-nin daxili vəsaiti hesabına tikinti mal-materiallarının satın alınması” tenderinə yekun vurub .
FED.az xəbər verir ki, qalib şirkət "Şimal Servis" QSC olub. Şirkətlə 898 min 832.68 manat məbləğində müqavilə imzalanıb.
Şirkətlə bundan əvvəl “Azəralüminium” MMC-nin 18 min 418.48 AZN “Müxtəlif ölçüdə və miqdarda qara metalların satınalınması” tenderi üzrə müqavilə imzalanıb.
Xatırladaq ki, “Şimal Servis” Azərbaycanda 2016-cı ildən fəaliyyət göstərir. Şirkət distribusiya və lizinq xidmətləri də daxil olmaqla geniş çeşiddə məhsul və xidmət spektri təklif edir.