Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti növbəti tenderin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi "Şəms-95" MMC (VÖEN: 3200008381) olub.
Qalib şirkətlə 42 491 850 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, bağlanmış müqavilədə Ağdam rayonu, Kəngərli kənd yaşayış məntəqəsində 2, 3 , 4 , 5 otaqlı fərdi yaşayış evlərinin tikintisi işlərinin satın alınması nəzərdə tutulur.