Dövlət Turizm Agentliyinə məxsus "Şahdağ Turizm Mərkəzi" QSC nəqliyyat vasitələrinin könüllü (KASKO) sığortası ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Eləcə də bax: İpoteka və Kredit Zəmanət Fondu sığortaçı seçib - TENDER, MƏBLƏĞ
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, dövlət satınalmalarının vahid internet portalında verilən məlumata görə, tenderin qalibi Dövlət Sığorta Kommersiya Şirkətidir ("Azərsığorta").
Qalib şirkətə 22 410 manat ödəniləcək. (Report)