Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdirma Mərkəzi "Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində Tərtər rayonunda dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işlərinin satın alınması" və "Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində Gəncə və Naftalan şəhərləri, Ağcabədi, Goranboy və Beyləqan rayonlarında dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işlərinin satın alınması" üzrə elan etdiyi tenderləri yekunlaşdırıb.
Eləcə də bax: 10 milyon manatlıq tenderi qazanan - ŞİRKƏT AÇIQLANDI
FEDaz xəbər verir ki, qalib şirkətlər müvafiq olaraq "Real-İnşaat" MMC və "Parlaq-N" MMC-dir.
Mərkəz "Real-İnşaat" ilə məbləği 3 milyon manat, "Parlaq-N" MMC ilə məbləği 4 milyon manat olan müqavilə imzalanıb. (Marja)