"RAMCO" QSC ilin əvvəlindən müxtəlif dövlət qurumları tərəfindən keçirilən 4 tenderin qalibi olub.
Qarabağ Dirçəliş Fondunun elan etdiyi tenderin qalibi - MƏLUM OLDU
FED.az xəbər verir ki, şirkətin udduğu tenderlərin dəyəri 9 227 767 manat təşkil edir. Şirkətin qalibi olduğu ən böyük məbləğli tender "Gəncə Memorial Kompleksi"nin tikintisi işləri ilə əlaqəlidir və dəyəri 5 959 190 AZN təşkil edir.
Qeyd edək ki, "Ramco" QSC 2010-cu ildə yaradılıb, nizamnamə kapitalı 2 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Rövşən Abdullayev Hüseyn oğludur. Hüquqi ünvanı Az1033, Bakı Şəhəri Nərimanov Rayonu, Əliyar Əliyev, ev 19, m. 17 ünvanında yerləşir.
Şirkətin qalibi olduğu digər tenderlər, məbləğlər və tarix haqqında daha ətarflı məlumat aşağıda təqdim etdiyimiz cədvəldə öz əksini tapmışdır:
№ |
Satınalan təşkilatın adı |
Satınalma predmeti |
Məbləğ |
Tarix |
1 |
Ərazi Tikinti-Planlaşdırma Mərkəzi |
"Gəncə Memorial Kompleksi"nin tikintisi işləri |
5 959 190 AZN |
01.11.2023 |
2 |
Qarabağ İqtisadi Rayonunda Bərpa,Tikinti və İdarəetmə Xidməti Publik Hüquqi Şəxsi |
Xocavənd rayonu ərazisində yerləşən Hadrut qəsəbəsinin tikintisi məqsədilə söküntü və şaquli planlaşdırma işlərinin satın alınması |
2 003 464 AZN |
06.12.2023 |
3 |
Qarabağ İqtisadi Rayonunda Bərpa,Tikinti və İdarəetmə Xidməti PHŞ |
Ağdam rayonu, Sarıcalı kənd yaşayış məntəqəsinin tikintisi məqsədilə I faza üzrə şaquli planlaşdırma və söküntü işlərinin satın alınması |
680 612 AZN |
13.07.2023 |
4 |
“Qarabağ Dirçəliş Fondu” PHŞ |
İşğaldan azad edilmiş ərazilərdə (Füzuli rayonu) yerləşən sahənin tikili qalıqlarından, təbii, məişət, inşaat və digər tullantılardan təmizlənməsi, onların daşınması və ərazinin hasara alınması işlərinin satın alınması |
584 501 AZN |
28.09.2023 |
CƏMİ : 9 227 767 |