"Rabitəbank" ASC olaraq “Antivirus sisteminin lisenziyasının növbəti il üçün uzadılması” ilə bağlı tender elan edir.
FED.az xəbər verir ki, maraqlanan təşkilatlar tenderin tələbləri, şərtləri və ətraflı məlumat mailin aşağısından əldə edə bilərlər.
Əlavə suallar yaranarsa əlaqədar şəxsin elektron ünvanı (Fuad Məlikov < [email protected]> 050 201-51-55) və ya telefonla müraciət etmək olar. Təkliflərin imza və möhürlü şəkildə qapalı zərfə yerləşdirdikdən sonra zərfin üzərini möhürlənilməsi, aidiyyatı tenderin adını qeyd olunması və 01.02.2023-ci il tarixi saat 16:00 kimi "Rabitəbank" ASC-nin İnfrastruktur və Satınalmalar Departamentinin Direktoru Rövşən Adıgözəlova adına Baş ofis, Bakı şəh., 28 May küç.33, AZ1010 ünvanına göndərmənizi xahiş olunur.
Spesifikasiya:
- Kaspersky Embedded Systems Security. 75 ədəd. uzadılma
- Kaspersky Endpoint Security for Business – Advanced. 1000 ədəd uzadılma və 200 ədəd əlavə. Ümumi 1200 ədəd
Qeyd: Qiymət vergi daxil göstərilməlidir (ƏDV və ya sadələşdirilmiş olmasından asılı olmayaraq)