Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi “Respublikanın bir sıra təhsil müəssisələrində qazanxanalarının cari təmir işlərinin satınalınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi "Mühəndislik Tikinti və Təchizat" MMC olub.
Şirkətlə 1 724 606 manat məbləğində müqavilə imzalanıb.