“MİDA” MMC 2 tenderin nəticələrini açıqlayıb.
Cəbrayılda 21 milyonluq tikinti tenderi uduldu - QALİB ŞİRKƏT
FED.az xəbər verir ki, tenderi udan şirkətlərlə toplamda 9 170 466 manat mələğində müqavilələr imzalanıb.
Qalib şirkətlər haqqında daha ətraflı :
Qeyd edək ki, “Enerji Qrup” MMC 2012-ci ildə yaradılıb, nizamnamə kapitalı 100 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Xəyal Nəsibov Balaisa oğludur. Hüquqi ünvanı AZ1153, Bakı şəhəri Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, ev 4-cü mədən, istehsal sahəsi ünvanında yerləşir.
Qeyd edək ki, “İntegras” MMC 2017-ci ildə yaradılıb, nizamnamə kapitalı 50 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Məhsəti Həsənova Hüseynalı qızıdır. Hüquqi ünvanı AZ1065, Bakı şəhəri Yasamal rayonu, Abdulla Şaiq, ev 214, m. 99 ünvanında yerləşir.
Tenderlər haqqında daha detallı :
Satınalma predmeti |
Qalib şirkət |
Məbləğ |
Şirvan şəhəri, Naxçıvan küçəsində 8,11 ha torpaq sahəsində inşa olunan yaşayış kompleksində ərazinin şaquli planlaşdırılması, yollar və səkilər, abadlaşdırma və ərazinin yaşıllaşdırılması işlərinin satınalınması |
"Enerji Qrup" MMC |
4 465 812 AZN |
Cəbrayıl şəhərində 7,87 ha torpaq sahəsində inşa olunan yaşayış kompleksinin sahədaxili kommunikasiya (elektrik enerjisi, su-kanalizasiya və rabitə) şəbəkəsinin tikintisi işlərinin |
"İntegras" MMC |
4 704 654 AZN |