Tender elanının mətni:
Hörmətli Cənablar!
Bununla Sizi aşağıdakı işlər (xidmətlər, təchizatlar) üzrə tenderdə iştirak etməyə dəvət edirik: ümümi təyinatlı və minik avtomobillərinin icarəsi üzrə xidmətilərin göstərilməsi.
Tender haqqında ümumi məlumat:
Sifarişçi: "LUKOYL-Azərbaycan" QSC.
Ünvan: Bakı şəhəri, Səbail rayonu, Z.Tağıyev küç., 13.
Tender üzrə əlaqəli şəxs: Lalə Mikayılova.
Əlaqə telefonu: (+99412) 497 41 38.
e-mail: [email protected].
Minik nəqliyyat vasitələrinin icarəsi xidmətlərinin göstərilməsi İşlərinin (xidmətlərin, təchizatların) başlama və başa çatması tarixi: 15.03.2023 – 15.03.2028
Tenderdə iştirak etmək üçün, daxil olmuş müraciətlərə baxılaraq, tələblərə uyğunluğu yoxlanıldıqdan sonra zəruri sənədlər əlavə olunaraq tender sənədlərinin tam toplusu ünvanınıza göndərilir.
Tenderdə iştirak etmək üçün ərizələr bu elan dərc edildiyi gündən 14 təqvim günü müddətində yuxarıda göstərilən ünvana təqdim edilməlidir.
Tenderdə iştirak etmək üçün ərizənin verilməsi və tender sənədlərinin əldə edilməsi üçün son tarix 30 yanvar 2023-ci il saat 18:00-a qədərdir.
Tender təkliflərinin təqdim edilməsi üçün son tarix 14 fevral 2023-ci il saat 18:00-dəkdir. Təkliflər yuxarıda göstərilən ünvana təqdim edilməlidir.
Tender (birinci mərhələ) 15 fevral 2023-ci il saat 11:00-da yuxarıda qeyd olunan ünvanda keçiriləcək.
Təklifləriniz tender tarixindən sonra ən azı 60 təqvim günü qüvvədə olmalıdır.
“Tenderdə iştirak etmək üçün ərizə” və “İddiaçının sənaye təhlükəsizliyi, əməyin mühafizəsi və ətraf mühitin mühafizəsi tələblərinə uyğunluğu üzrə ixtisas sorğusu”nun formalarını, habelə digər məlumatları dəvətnamədə göstərilən telefon nömrələrindən və elektron poçt ünvanından da əldə etmək olar.