"LUKOIL-Azərbaycan" QSC açıq tender elan edir.
Dövlət qurumu təmir işləri ilə bağlı – TENDER KEÇİRİR
FED.az xəbər verir ki, elanda "LUKOIL-Azərbaycan" QSC-yə məxsus obyektlərdə təmir işlərinin satın alınması nəzərdə tutulub.
Tender haqqında ümumi məlumat:
Təmir işləri:
Sifarişçi: "LUKOIL-Azərbaycan" QSC, ünvan: Azərbaycan, Bakı, küç. Z.Tağıyeva, 13, əlaqələndirici şəxs: Lalə Mikayılova, əlaqə nömrələri: (012) 497-41-38; E-mail: [email protected].
İşin başlama və başa çatma tarixi: Müqavilənin imzalandığı tarixdən etibarən 120 (yüz iyirmi) təqvim günü.
Tenderdə iştirak etmək üçün daxil olmuş müraciətə baxıldıqdan sonra tələblərə uyğunluğunu təmin etmək üçün, zəruri sənədlər əlavə olunmaqla, tender sənədlərinin tam dəsti və işçi layihəsi ünvanınıza göndərilir.
Tenderdə iştirak etmək üçün ərizələr yuxarıda göstərilən ünvana təqdim edilməlidir.
Tenderdə iştirak etmək üçün müraciət və kvalifikasiya anketi son tarix - 25.07.2024-cü il olmaqla yuxarıda qeyd olunan ünvana təqdim edilməlidir.
Tender təkliflərinin təqdim edilməsi üçün son tarix 09.08.2024-cü il, yuxarıda göstərilən ünvana.
Tenderin birinci mərhələsinin keçirilmə vaxtı və yeri 14 avqust 2024-cü il saat 11:00-da yuxarıda göstərilən ünvanda.
Tenderin ikinci mərhələsinin vaxtı və yeri tenderin birinci mərhələsinin nəticələri, texniki və kommersiya təkliflərinin qiymətləndirilməsindən sonra elan ediləcək.
Tenderin ikinci mərhələsində qeydə alınmış iddiaçıların nümayəndələrinin iştirakı məcburidir.
Müqavilə üzrə ödənişlər podratçının hesabına köçürmə yolu ilə (bank köçürməsi) həyata keçiriləcək.
Tender təkliflərinizin qüvvədə olma müddəti tenderin keçirildiyi tarixdən başlayaraq ən azı 90 təqvim günü olmalıdır.
"Tenderdə iştirak etmək üçün ərizə" və "İddiaçının sənaye təhlükəsizliyi, əməyin mühafizəsi və ətraf mühitin mühafizəsi tələblərinə uyğunluğuna dair ixtisas blankı"nın formalarını, habelə digər məlumatları info-ya verilən məlumatda göstərilən telefon nömrələri və elektron ünvanlara zəng etməklə əldə etmək olar.