“Litpharm” MMC-yə iqtisadi fəaliyyət qaydaları əleyhinə olan (Valyuta tənzimi qaydalarının pozulması) inzibati xəta protokolu tərtib olunub.
FED.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10 faizindən 20 faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.
İcraatda olan işə Bakı Şəhəri Nizmai Rayon Məhkəməsində hakim Rauf Əhmədovun sədrliyi ilə baxılır.
Qeyd edək ki, "Litpharm" MMC (VÖEN: 1604076291) 03.07.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 100 manatdır. Qanuni təmsilçisi Əfsanə Süleymanova Zöhrab qızıdır.
Hüquqi ünvanı Az1118, Bakı Şəhəri Nizami Rayonu, Əliağa Kürçaylı, ev 70, m. 154-də yerləşir.
Əvvəlki günə olan məlumata əsasən şirkətin vergi borcu yoxdur