Vətəndaşlara Xidmət Və Sosial İnnovasiyalar Üzrə Dövlət Agentliyi müxtəllif regionlar üzrə təmizlik tenderlərinin nəticələrini elan edib.
- Qəbələdəki "Asan Xidmət" üçün təmizlik xidmətlərinə 153 min manat xərclənəcək
- “Təmizkom” MMC, "Mint Services", “Parlak Məkan” - Azərbaycanda təmzilk tenderlərini kim udur - ŞİRKƏTLƏR, SİYAHI, MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, onlardan 4-nün qalibi "Lider Təmizlik" MMC (VÖEN: 1003189601) olub.
Belə ki, qalib şirkətlə "2 saylı Bakı “ASAN xidmət” mərkəzində 2023-cü il üçün təmizlik xidmətlərinin satınalınması" tenderi üzrə 156 379, "Sabirabad regional “ASAN xidmət” mərkəzində 2023-cü il üçün təmizlik xidmətlərinin satınalınması" tenderi üzrə 153 966, "Tovuz regional “ASAN xidmət” mərkəzində 2023-cü il üçün təmizlik xidmətlərinin satınalınması" tenderi üzrə 245 000 və "Şamaxı regional “ASAN xidmət” mərkəzində 2023-cü il üçün təmizlik xidmətlərinin satınalınması" tenderi üzrə 211 500 manat dəyərində müqavilə imzalanıb.