Dövlət Sosial Müdafiə Fondu elan etdiyi 110 250 00 manatlıq tenderin qalibini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi "Kapital Bank" ASC olub. Dövlət Sosial Müdafiə Fondunun Aparatında və struktur bölmələrində əmək pensiyalarının, sosial müavinətlərin və struktur bölmələrində əmək pensiyalarının, sosial müavinətlərin, sosial yardımların, eləcə də ayrı-ayrı kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidenti tərəfindən təyin edilmiş təqaüdlərin və kompensasiyaların ödəniş kartları, habelə zərurət olduğu halda digər ödəniş alətləri və üsulları vasitəsilə nağdsız qaydada ödənilməsini həyata keçirmək məqsədilə göstəriləcək bank xidmətlərinin satınalınması üzrə tərəflər arasında müqavilə bağlanılıb.