"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi audit xidməti ilə bağlı kotirovka sorğusuna yekun vurub.
FED.az xəbər verir ki, qalib "Global Audit" MMC seçilib.
Qalib şirkətə 7 133 manat ödəniləcək.
Sorğuda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Publik Hüquqi Şəxsin Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun hazırlanmış 2022-ci il üzrə illik maliyyə hesabatlarının və İdarənin strukturuna daxil olan qurumların birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditinin aparılması və auditor rəyinin verilməsi xidmətinin satınalınması nəzərdə tutulur.