GL Group və onun ailə şirkəti olan “Salyan Oil Limited” tərəfindən elan edilən açıq tenderdə iştirak etmək istəyən podratçıların nəzərinə.
FED.az xəbər verir ki, aşağıda verilmiş minimum tələblərə uyğun xidmət göstərə bilən podratçılar növbəti mərhələyə ilkin olaraq seçiləcək və tenderə dəvət olunacaq:
- Qazma qurğusu bucurqadının gücü ən azı 1500 at gücü olmalı
- Qazma qurğusu Yuxarı İntiqal (top drive) sistemi ilə təchiz edilməli
- Qazma qurğusu 13 5/8” 5000psi universal preventor ilə təchiz edilməli
- Qazma qurğusu 13 5/8” 5000psi iki Plaşkalı, bir boru-plaşka və bir kor-plaşkalı preventor ilə təchiz edilməli
İlkin kvalifikasiya üçün 11 Dekabr, 2024-ci il 18:00 qədər [email protected] ünvanına minimum tələblərə uyğunluq haqqında məlumat göndərilməlidir.
QEYD:
GL Group MMC və onun ailə şirkətlərinin tenderlərində iştirak etmək istəyənlərin nəzərinə!
- İlkin qiymətləndirmə prosesindən keçmək üçün [email protected] imeyl adresinə müraciət edə bilərsiniz.
- Müraciət edildikdən sonra sizə prekvalifikasiya sənədləri təqdim ediləcək.
- Təchizatçılar sözügedən sənədləri doldurub geri göndərməlidirlər.
- İlkin qiymətləndirmə üçün bütün müraciətlər daxili yoxlama və qiymətləndirmədən keçərək araşdırılır.
- Prekvalifikasiya sənədlərinin təqdim edilməsi GL Group və onun iştirak paylarına sahib olduğu şirkətlərin tenderlərində iştirak hüququna zəmanət vermir. Bu proses potensial təchizatçılar haqqında ilkin məlumatları təmin edir.
- Prekvalifikasiya təchizatçıların GL Group və onun iştirak paylarına sahib olduğu şirkətlərin tenderlərində iştirak üçün ilkin siyahıya daxil edilməsinə zəmanət vermir.
Tenderin Nömrəsi |
Şirkət |
İşin Təsviri |
Minimum tələblərə |
T-2024/017 |
SOL |
Provision of Drilling Rig Services |
We. 11/12/2024 |