Ərazi Tikinti Planlaşdırma İdarəsi "Gəncə Memorial Kompleksi"nin tikintisi işləri ilə bağlı açıq tender elan edir.
FED.az xəbər verir ki. tenderdə iştirak haqqı 1 500 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1702590101
Satınalan təşkilatın ünvanı: Bakı ş. Səbail rayonu, İstiqlaliyat 18
Müsabiqənin başlama tarixi və vaxtı: 25.07.2023 13:15
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 28.08.2023 16:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 05.09.2023 16:00
Zərflərin açılış tarixi və vaxtı: 06.09.2023 16:00
Hesab nömrəsi: AZ69AIIB38060019440428793102
Bankın adı: "Kapital Bank" ASC-nin "Mərkəz" filialı
Bankın kodu: 200026
Müxbir hesab: AZ37NABZ01350100000000001944
Bankın VÖEN-i: 9900003611
Swift kodu: AIIBAZ2X
Çatdırılma yeri - Gəncə şəhəri Heydər Əliyev prospekti
Çatdırılma müddəti - 14 ay
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Satınalma müqaviləsini imzalamaq səlahiyyətinin olması.
İştirakçının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə müvafiq vergi orqanı tərəfindən verilmiş arayış
İştirakçının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması, öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanının olması barədə arayış
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yalnış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə arayış
İştirakçının mikro, kiçik, orta və ya iri sahibkarlıq subyektinə aid olması barədə arayış
İştirakçının işlərin icrası üçün cəlb edəcəyi subpodratçılar (olduğu təqdirdə) barədə məlumat
İxtisas göstəriciləri:
Malgöndərənin (podratçının) analoji sahədə təcrübəsinin və peşəkarlığının olması
Malgöndərənin (podratçının) bu tenderin predmeti üzrə işlərin yerinə yetirilməsi üçün maliyyə imkanlarının və ödəmə qabiliyyətinin olması
Malgöndərənin (podratçının) bu tenderin predmeti üzrə işlərin yerinə yetirilməsi üçün texniki imkanlarının olması
Malgöndərənin (podratçının) bu tenderin predmeti üzrə işlərin yerinə yetirilməsi üçün işçi qüvvəsinin olması
Malgöndərənin (podratçının) analoji sahədə idarəetmə səriştəsinin və etibarlılığının olması
Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya malik olması
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Asim Yaqubov, Sektor müdiri
Email: [email protected]
Əlaqə telefonu: 012-492-31-89 dax (814)
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Müsabiqə proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar müsabiqədə iştirak etmək üçün göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) müəyyən edilən tələblərə uyğun təqdim etməlidirlər. Təklif və bank təminatı möhürlənmiş ikiqat zərfdə təqdim edilməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Təkliflərin açılışı zamanı iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
İş həcmi ilə tanış olmaq üçün keçiddən istifadə edə bilərsiniz.