Daxili İşlər Nazirliyinin Maddi - Texniki Təminat Baş İdarəsi "Elmanado" MMC şirkətinə 3 tender üzrə 16 milyon 87 min manatlıq sifarişlər verib.
Eləcə də bax: 3.2 milyon manatlıq tenderi – BU ŞİRKƏT UDDU – SİYAHI
FED.az xəbər verir ki, DİN-in Maddi -Texniki Təminat Baş İdarəsi "Furajka zabit, yataq ləvazimatları, mayka, tuman, əlcək, şərf, idman kostyumu, isti alt tuman köynək, kostyumluq parçalar, süfrə, xalça, kovralit, pərdə və fərqlənmə nişanlarının alınması", "Gündəlik və idman ayaqqabıları, qış çəkməsi, şalvar qayışı və xüsusi kəmərlərin alınması" və "Sıravi furajkası, yay və qış səhra papaqları, qalustuk poliver, isti qış gödəkçələri, qış səhar gödəkçələri, kostyum (PPX -YPX - ÇPA), yay şalvarı (YPX-PPX-ÇPX), yay örtüyü, plaş örtük, qısaqol mayka, səhra kostyumu, səhra maykası, qısaqol və uzunqol köynəklər" alınması üzrə tenderləri yekunlaşdırıb.
Üç tender üzrə qalib şirkət "Elmanado" MMC-dir.
İdarə qalib şirkət ilə müvafiq olaraq 3 milyon 510 min manatlıq, 3 milyon 221 min manatlıq və 9 milyon 356 min manatlq müqavilələr imzalayıb.
2021-ci ilin Aprel ayınnda da "Elmanado" MMC Daxili İşlər Nazirliyinin Maddi -Texniki Təminat Baş İdarəsinin "Ayaqqabı, səhra çəkməsi, idman ayaqqabısı, xüsusi kəmər və şalvar qayışı" alınması ilə bağlı keçirdiyi tenderin qalibi olmuşdu. Həmin tender üzrə 3 milyon 858 min manatlıq müqavilə imzalanmışdı. (Marja)