Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti açıq tender elan edir.
FED.az xəbər verir ki, tender elanı Əlicançay su anbarının xidmət sahəsi (magistral və paylayıcı kanallar, meliorativ tədbirlər) üzrə layihə sənədlərinin hazırlanması işlərini əhatə edir.
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Moskva prospekti 69a
İştirak haqqı: 2.500 AZN
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 19.04.2023 17:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 27.04.2023 17:00
Zərflərin açılış tarixi və vaxtı: 28.04.2023 15:00
Əlaqələndirici şəxs: Quliyev Emin Arif oğlu
Əlaqələndirici şəxsin nömrəsi: (012) 431- 08- 64
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər
- İddiaçının tam adı hüquqi statusu,nizamnaməsi qeydiyatdan keçdiyi ölkə və rekvizitlər
- Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi
- Tender təklifi (zərflərin açıldığı gündən qüvvədə olma müddəti) 45 bank günü
- Tender təklifinin ümumi qiymətinin 1 faizi məbləğində təminatın qüvvədə olma müddəti (zərflərin açılış tarixindən sonra) 75 bank günü
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış
- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı
- İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri
- Satınalan təşkilatın müəyyən etdiyi digər sənədlər
- Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır. Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti VÖEN 1300300711, h/h AZ 10 IBAZ 380700194497 16100216, Azərbaycan Beynəlxalq Bankının Yasamal filialı m/h AZ03NABZ01350100000000002944, VÖEN 9900001881, SWIFT : IBAZAZ2Х (AZIPS-in üzvü) İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: 1. Tender təklifi təkliflərinin açıldığı gündən sonra ən azı 45 bank günü qüvvədə olmalıdır. Tender təklifi Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). 2. Tender təklifinin qiymətinin 1% -i məbləğində tender təklifinin təminatı (bank zəmanəti, tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox qüvvədə olmalıdır (bank tərəfindən təqdim edilməlidir). 3. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış. (Vergi xidməti tərəfindən təqdim edilməli, qeydiyyat tarixi cari rüb ərzində olmalıdır, sənədin əslinin skan edilərək PDF formatında yerləşdirilməsi və ya notarial təsdiq edilmiş surətinin PDF formatında yerləşdirilməsi zəruridir); 4. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti. (Son maliyyə dövrünə olan məlumatı əks etdirməsi və sənədin əslinin skan edilərək PDF formatında yerləşdirilməsi və ya notarial təsdiq edilmiş surətinin PDF formatında yerləşdirilməsi zəruridir zəruridir); 5. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı. (bank tərəfindən təqdim edilməli, qeydiyyat tarixi cari rüb ərzində olmalıdır, sənədin əslinin skan edilərək PDF formatında yerləşdirilməsi və ya notarial təsdiq edilmiş surətinin PDF formatında yerləşdirilməsi zəruridir zəruridir); 6. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə. (Kommersiya və hüquqi şəxslərin Dövlət qeydiyyatı reyestrindən çıxarış, iddiaçı tərəfindən təqdim edilməli, nizamnamənin, dövlət reyestrindən çıxarışın və şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinin skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir); 7. Rekvizitlər. (İddiaçının və ya bankın imzası və möhürü ilə təsdiq edilməsi və PDF formatında yerləşdirilməsi zəruridir); 8. Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi. (DİN və ya Asan xidmət tərəfindən təqdim edilməli, qeydiyyat tarixi cari rüb ərzində olmalıdır, sənədin əslinin skan edilərək PDF formatında yerləşdirilməsi və ya notarial təsdiq edilmiş surətinin PDF formatında yerləşdirilməsi zəruridir zəruridir); Sənədin verilmə tarixi elan verilmiş aydan etibarən olmalıdır __ _______ (ay il) 9. Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması, öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması. (Vergi xidməti tərəfindən təqdim edilməli, cari rübü əhatə etməlidir, sənədin əslinin skan edilərək PDF formatında yerləşdirilməsi və ya notarial təsdiq edilmiş surətinin PDF formatında yerləşdirilməsi zəruridir zəruridir); 10. Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması: İddiaçının ixtisas göstəriciləri ƏŞT-nin 3-cü “Əsas şərtlər toplusunun məlumat xəritəsi” bölməsinin 13.3.8-ci bəndində verilmiş tələblərə uyğun gəlməlidir. İxtisas göstəriciləri haqqında məlumat ƏŞT-nin 8-ci “Standart formalar” bölməsinin 7-ci “Podratçının ixtisas göstəriciləri haqqında məlumat” qoşmasında göstərilmiş forma və qaydada təqdim olunmalıdır. İddiaçının adları qeyd olunan işçi qüvvəsi haqqında əlavə olaraq aşağıdakı sənədlər təqdim olunmalıdır: - Layihə baş mühəndisi haqqında – layihələndirdiyi bütün obyektlər üzrə siyahı cədvəli və hər bir obyekt üzrə ekspertizadan keçən təstiqedici sənəddə (Ümumi izahat kitabında titul vərəqində və layihə cizgilərində künc ştampda) adı və imzası olan sənədin surəti; - Topoqraf haqqında - layihələndirdiyi bütün obyektlər üzrə siyahı cədvəli və hər bir obyekt üzrə layihənin baş mühəndisi tərəfindən verilən texniki tapşırıq sənədində adı və imzası olan sənədin surəti; - Hidroloq haqqında - layihələndirdiyi bütün obyektlər üzrə siyahı cədvəli və hər bir obyekt üzrə layihənin baş mühəndisi tərəfindən verilən texniki tapşırıq sənədində adı və imzası olan sənədin surəti; - Mühəndis-hidrogeoloq haqqında - layihələndirdiyi bütün obyektlər üzrə siyahı cədvəli və hər bir obyekt üzrə ekspertizadan keçən təstiqedici sənəddə (Mühəndis-geologiya bölməsi kitabının titul vərəqində) adı və imzası olan sənədin surəti; - Ətraf mühit və iqlim dəyişmələri üzrə mütəxəssis haqqında - layihələndirdiyi bütün obyektlər üzrə siyahı cədvəli və hər bir obyekt üzrə ekspertizadan keçən təstiqedici sənəddə (Ekologiya bölməsi kitabının titul vərəqində) adı və imzası olan sənədin surəti; - İqtisadiçı-maliyyəçi (smeta üzrə mütəxəssis) haqqında - layihələndirdiyi bütün obyektlər üzrə siyahı cədvəli və hər bir obyekt üzrə ekspertizadan keçən təstiqedici sənəddə (Tikintinin toplu smetası bölməsi kitabının titul vərəqində) adı və imzası olan sənədin surəti; - Meliorasiya qurğularının planlaşdırılması və layihələndirilməsi üzrə mühəndis (TTL) haqqında - layihələndirdiyi bütün obyektlər üzrə siyahı cədvəli və hər bir obyekt üzrə ekspertizadan keçən təstiqedici sənəddə (Tikintinin təşkili layihəsi bölməsi kitabının titul vərəqində) adı və imzası olan sənədin surəti; - Nasos stansiyaları və mexaniki avadanlıqlar üzrə mühəndis haqqında - layihələndirdiyi bütün obyektlər üzrə siyahı cədvəli və hər bir obyekt üzrə ekspertizadan keçən təstiqedici sənəddə (Nasos stansiyaları və mexaniki avadanlıqlar bölməsi kitabının titul vərəqində) adı və imzası olan sənədin surəti; - Elektrik mühəndisi haqqında - layihələndirdiyi bütün obyektlər üzrə siyahı cədvəli və hər bir obyekt üzrə layihənin baş mühəndisi tərəfindən verilən texniki tapşırıq sənədində adı və imzası olan sənədin surəti; - Avtomatika mühəndisi haqqında - layihələndirdiyi bütün obyektlər üzrə siyahı cədvəli və hər bir obyekt üzrə layihənin baş mühəndisi tərəfindən verilən texniki tapşırıq sənədində adı və imzası olan sənədin surəti; - İnşaat mühəndisi (konstruktor) haqqında - layihələndirdiyi bütün obyektlər üzrə siyahı cədvəli və hər bir obyekt üzrə ekspertizadan keçən təstiqedici sənəddə (Konstruksiya bölməsi üzrə vərəqin künc ştampında) adı və imzası olan sənədin surəti; (İddiaçı tərəfindən təqdim edilməli); 11. İddiaçının mikro, kiçik və orta sahibkarlıq subyektlərinin meyarlarına uyğun olması. (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilməli, sənədin əslinin skan edilərək PDF formatında yerləşdirilməsi və ya notarial təsdiq edilmiş surətinin PDF formatında yerləşdirilməsi zəruridir zəruridir); Sənədin qüvvədə olma müddəti “Tələb olunan sənədlərin son təqdim olunma tarixini əhatə etməlidir” __ ____ ________ (gün, ay, il) 12. İddiaçının müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması. (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təqdim edilməli).
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Müsabiqə proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir. İddiaçılar müsabiqədə iştirak etmək üçün göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) müəyyən edilən tələblərə uyğun təqdim etməlidirlər. Təklif və bank təminatı möhürlənmiş ikiqat zərfdə təqdim edilməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Təkliflərin açılışı zamanı iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.