İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən "Dövlət satınalmaları haqqında" Qanununun və əlaqədar normativ-hüquqi aktların tətbiqi ilə bağlı növbəti onlayn seminar keçirilib.
Ötən il dövlət satınalmalarında 742,5 milyon manat dövlət büdcə vəsaitinə qənaət edilib
Dövlət Xidmətindən FED.az-a bildirilib ki, maarifləndirmə tədbirində dövlət satınalan təşkilatları, sahibkarlar və digər maraqlı tərəflərin 700-dək nümayəndəsi iştirak edib. Seminar yeni Qanunun üstünlükləri və onun icrasından irəli gələn normativ-hüquqi aktların tətbiqi, satınalmalarının təşkili və metodları, əsas prinsipləri, genişləndirilmiş tətbiq dairələri və yeni meyarlar üzrə məlumatlandırma məqsədilə təşkil olunub.
Bundan əlavə, onlayn tədbir zamanı iştirakçılara satınalma prosedurlarının tətbiqi zamanı yol verilən xətalara dair tövsiyələr verilib, satınalmaların vaxtında planlaşdırılması, təkliflərin qiymətləndirilməsi, satınalmaya dair şikayətlərin verilməsi və qanunvericiliyin digər tələbləri istiqamətində zəruri məlumatlar təqdim edilib.
Seminar çərçivəsində iştirakçıların mövzular üzrə sualları cavablandırılıb, sözügedən Qanunun pozulmasına görə mövcud məsuliyyət tədbirləri və digər məqamlar izah olunub.