"Daşkər-Dəmir Filiz" MMC açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda ƏMTQ (Ətraf mühitə təsirin qiymətləndirilməsi) sənədi layihəsinin İstehsal zəncirinə inteqrasiyası və zəruri dəyişikliklərin edilməsi işlərinin satın alınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 100 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 4900437551
Satınalan təşkilatın ünvanı:Azərbaycan, Bakı - AZ1004, Mikayıl Müşfiq küç., 2H
Müsabiqənin başlama tarixi və vaxtı: 10.08.2023 15:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 31.08.2023 15:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 08.09.2023 15:00
Zərflərin açılış tarixi və vaxtı: 11.09.2023 15:00
Ödəniş şərtləri
Müqavilə üzrə işlər tam təhvil verildikdən sonra İcraçı tərəfindən təqdim ediləcək müvafiq ödəniş sənədləri (hesab-faktura, akt, elektron qaimə) əsasında ödəniləcəkdir.
Müqavilə üzrə işlər tam təhvil verildikdən sonra İcraçı tərəfindən təqdim ediləcək müvafiq ödəniş sənədləri (hesab-faktura, akt, elektron qaimə) əsasında ödəniləcəkdir.
Çatdırılma yeri - İş həcmində təyin olunmuş tədqiqat işləri Daşkəsən rayonu üzrə təyin olunmuş ərazilərində İcraçı tərəfindən aparılmalı və aparılmış təqdiqat işlərinin hesabatı “Daşkəsən Dəmir Filiz” MMC-nin Bakı şəhərində yerləşən baş ofisinə təqdim olunmalıdır.
İÇatdırılma müddəti - Müqavilə imzalandığı tarixdən etibarən İşlər hissə-hissə olmaqla, lakin 75 təqvim günü ərzindən (Ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədinin 45 təqvim günü ərzində işlənilməsi, əlavə olaraq 30 təqvim günü ərzində ekspertizada razılaşdırılması prosesi) gec olmayaraq təhvil verilməlidir.
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
ƏŞT-nin “ƏLAVƏLƏR” bölməsində müəyyən edilmiş “Tender iştirakçısının komplekt anket Forması”
İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri
Satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması
Mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması barədə məlumat
İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı
İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
İxtisas göstəriciləri:
Ətraf mühit, əməyin mühafizəsi və keyfiyyat sertifikatları:
ƏŞT-nin “ƏLAVƏLƏR” bölməsində müəyyən edilmiş “İxtisas göstəriciləri üzrə Məlumat” Forması
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Anna Elyaşina, Təchizat şöbəsinin müdiri
Email: [email protected]
Əlaqə telefonu: +994 12 585 77 88 (1250,1251 daxili)