İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyİ “Yeni AVİS 2 informasiya sisteminin yaradılmasının 4-cü mərhələsi (reliz 4) üzrə yeni platforma bazasında Autentifikasiya, Bəyannamə, Kargüzarlıq altsistemlərində əlavə funksional bölmələrin yaradılması və mövcud altsistemlərdə dəyişikliklərin edilməsi işlərinin görülməsi” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderlərin qalibi "Cybernet" MMC seçilib. Şirkətlə 4 milyon 692 min 087.1 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkətlə bundan əvvəl Sahibkarlığın İnkişafı Fondunun 176 min 472.71 manat dəyərindəki “Elektron kredit platformasının təkmilləşdirilməsi, texniki dəstək və miqrasiyası xidmətləri” tenderi üzrə müqavilə bağlanılıb (18.08.2022) .