Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi tərəfindən "Böyük qayıdış" portalı proqram təminatının satın alınması həyata keçirilib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, satınalmanın qalibi "Az-Services" MMC olub. Müqavilənin dəyəri 2 500 000 manat təşkil edir. Satınalma "Bir mənbə" metodu ilə baş tutub.
Qeyd edək ki, "Az-Services" MMC bundan əvvəl Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti tərəfindən Ağcabədi və Sabirabad rayonlarında salınmış məcburi köçkün qəsəbələrində yerləşən mənzillərin və fərdi yaşayış evlərinin təmiri üzrə keçirilən tenderin də qalibi olub. Həmin müqavilənin dəyəri 223 820 manat təşkil edib.










