“Bərdə Qum-Çınqıl” ASC səhmdarlarının nəzərinə!
Səhmdarların 28 noyabr 2022-ci il saat 14.00-a təyin olunmuş növbədənkənar ümumi yığıncağının keçiriləcəyi vaxt dəyişdirilərək, 9 dekabr 2022-ci il saat 14.00-da Bərdə rayonu, Tərtərçay sahəsində keçiriləcəkdir.
FED.az xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakılar daxildir:
1.Cəmiyyətin 2019-cu il yanvarın 1-dən 2019-cu il dekabrın 31-dək olan dövr üçün maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarının müzakirəsi.
2. “Bərdə Qum -Çınqıl” ASC-nin müşahidə şurasının yeni üzvlərinin seçilməsi.
3. “Bərdə Qum -Çınqıl” ASC ilə “Roma” MMC arasında bağlanmış icarə müqaviləsinin müzakirə edilməsi və icarə müddətində əldə olunmuş gəlirlərin araşdırılması .
4. “Bərdə Qum -Çınqıl” ASC-nin idarə heyətinin sədri Rəfayıl İsa oğlu Ağayevin fəaliyyətini əhatə edən dövr üçün hesabatın dinlənilməsi.