"Bakı Şəhər Əsaslı Tİkinti və Təmir" MMC iki tenderin nəticələrini elan edib.
FED.az xəbər verir ki, "Bakı şəhəri ərazisində dövlət mənzil fonduna aid binaların təmiri üzrə layihə-smeta sənədlərinin hazırlanmasının satınalınması" tenderinin qalibi
"Global Engineering Management" MMC olub.
Tenderin dəyəri 249 796 manatdır.
"Bakı şəhər ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işlərinin layihə smeta sənədlərinin hazırlanmasının satınalınması" tenderinin qalibi "TFM-Smart Project" MMC seçilib.
Qalib şirkətə 256 599 manat ödəniləcək.
İki tenderin birlikdə dəyəri 506 395 manatdır.