"Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda LOT - 1. Mənzil-kommunal xidmətlərinin göstərilməsinin təmin edilməsi məqsədilə tələb olunan müxtəlif növ malların alınması nəzərdə tutulur.
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə imkanlarına malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini təqdim edə bilərlər. Əlaqələndirici şəxs: Əhməd Məmmədov, telefon: 496-52-05. LOT 1 - 3000,00 manat İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər: Bakı Şəhər İcra Hakimiyyətinin "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" Məhdud Məsuliyyətli Cəmiyyəti H/h: AZ22IBAZ38030019446253269215 VÖEN: 1702563281 Kod: 805625 VÖEN: 9900001881 M/h: AZ03NABZ01350100000000002944 SWIFT: IBAZAZ2X İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: - tenderdə iştirak etmək üçün ərizə; - tenderdə iştiraketmə haqqının ödənilməsi barədə bank sənədi; - tender təklifi tender zərfinin açıldığı gündən sonra azı 90 bank günü təşkil etməlidir; - tender təklifinin 1 faizi həcmində bank təminatı; - tender təklifinin təminatının qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır; - müqavilənin yerinə yetirilməsinin təminatı müqavilənin yerinə yetirilmə müddətindən sonra 30 bank günü çox olmalıdır. Müqavilənin yerinə yetirilməsi təminatı: 5 faiz; - Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması; - mənfəət vergisinin bəyannaməsi (2022-ci ili əhatə etməli və hesabat vergi orqanı tərəfindən məktubla təsdiq edilməlidir. Təsdiq məktubu elektron qaydada əldə edildikdə notarial təsdiqlı təqdim edilməlidir); - maliyyə vəziyyəti haqqında hesabat, mənfəət və zərər haqqında hesabat, kapitalda dəyişiklik haqqında hesabat və pul vəsaitlərinin hərəkəti haqqında hesabat (2022-ci ili əhatə etməli və hesabatlar müstəqil auditor tərəfindən təsdiq edilməlidir); - öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması;
Bakı Şəhər Əsaslı Tikinti və Təmir MMC açıq tender elan edir https://www.azerbaijan-news.az/az/posts/detail/baki-seher-esasli-tikinti-ve-temir-mmc-aciq-tender-elan-edir-1685138234 2/5 - iddiaçının son bir il ərzində maliyyə vəsaiti haqqında bank tərəfindən verilmiş arayış; - iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; - müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları; - iddiaçının oxşar təyinatlı və müxtəlif növ malların tədarükü sahəsində azı 2 milyon manat həcmində müqavilələr və təhvil təslim aktları təqdim etməlidir; - satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi; - anbar sahəsi və nəqliyyət vasitələri barədə məlumat (əsas şərtlər toplusuna əsasən - Əlavə 1); - tədarük-təchizat zəncirinin idarə olunması üçün müvafiq kadr imkanları barədə məlumat (əsas şərtlər toplusuna əsasən - Əlavə 2); - mikro, kiçik, orta və ya iri sahibkarlıq subyektinə aid olmasına dair məlumat. Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağlı sualları tender komissiyasına yazılı şəkildə ünvanlaya bilərlər. Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə aid sənədləri 20 iyun 2023-cü il saat 17:00-a qədər, tender təkliflərini və tender təkliflərinin təminatlarını möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə 05 iyul 2023-cü il saat 17:00-a qədər Nəcəfqulu Rəfiyev, 17 ünvanına təqdim etməlidirlər. İddiaçıların təklifləri 06 iyul 2023-cü il saat 10:00-da Nəcəfqulu Rəfiyev, 17 ünvanında açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri açılış prosedurunda iştirak edə bilərlər. Tender komissiyası