"Bakı Metropoliteni"nin iki tenderi baş tutmayıb.
FED.az xəbər verir ki, 22.02.2023-cü il tarixində keçirilmiş " İstismar sahəsi üzrə yolun üst quruluş elementlərinin satın alınması" və 23.02.2023-cü il tarixində keçirilmiş “Bakı Metropoliteni” QSC-də istifadə olunacaq müxtəlif növ maye qazların satın alınması" tenderləri baş tutmamış hesab olunub. Buna səbəb isə iddiaçıların sayının 3(üç)-dən az olmasıdır.
Nəticədə hər iki tenderin davamından imtian edilib