"Bakı Metropoliteni" QSC növbəti tenderin nəticələrini elan edib.
FED.az xəbər verir ki, qalib "İmauto Parts" MMC (VÖEN:1102049691) seçilib.
Şirkətlə 480 787 manat məbləğində müqavilə imzalanıb.
Tenderdə “Bakı Metropoliteni” QSC-nin yük, minik avtomobilləri və xüsusi texnikaları üçün avtomobil şinlərinin satın alınması nəzərdə tutulur.
Bakı Metropoliteninin bundan öncəki, 234 268 manat dəyərindəki "“Bakı Metropoliteni” QSC üçün müxtəlif reklam işlərini yerinə yetirmək üçün mal və materialların satın alınması" tenderinin qalibi isə "StarPrint" MMC olub (04.04.2023).