Bakı Kristal Zalı "Kibrit.Tech" MMC (1304748721) ilə satınalma müqaviləsi imzalayıb.
FED.az xəbər verir ki, müqavilədə İT infrastrukturun, SCADA sisteminin, BMS sistemlərinin qurulması, tətbiqi və idarə edilməsi, həmçinin mövcud protokollar və sistemlərə dair proqram təminatının və interfeysin yaradılması və tətbiqi işlərinin, eyni zamanda qazanxana sistemlərinə və çirkab suların təmizləmə sistemlərinə texniki dəstək xidmətlərinin satın alınması nəzərdə tutulur.
Qalib şirkətə 329 928 manat ödəniləcək.
Bakı Kristal Zalı "Kibrit.Tech" MMC ilə daha öncə də 38 155 manat dəyərində "Şəbəkə və kommunikasiya, generatorların monitorinq sistemləri, İşıqlandırma və havalandırma sistemləri üçün ehtiyat hissələrinin satınalınması" kotirovka sorğusu üzrə müqavilə imzalayıb (11.01.2023).