Dövlət Ehtiyatları Agentliyi qiymətləndirmə xidməti ilə bağlı tenderin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderdə ADEA-nın maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun hazırlanması və audit olunması məqsədilə balansda olan daşınar və daşınmaz əmlakın qiymətləndirilməsi xidmətinin satın alınması nəzərdə tutulur.
Qalib şirkət "Baker Tilly Audit Azərbaycan" (VÖEN: 1300755991) MMC seçilib.
Tenderin dəyəri 105 020 manatdır.