"Azsığorta" ASC "Azərsu" ASC-ni və "Azəristiliktəchizat" ASC-ni məhkəməyə verib.
FED.az xəbər verir ki, hər iki məhkəmədə cavabdeh qismində həmçinin Xətai Rayon İcra Hakimiyyəti Başçısı Mənzil Kommunal Təsərrüfatı Birliyi də iştirak edir.
İddianın hansı səbəbdən qaynaqlandığı isə bəlli deyil.
İddialara Bakı Kommersiya Məhkəməsinə baxılacaq. "Azərsu" ASC-nin məhkəməsi hakim Leyla Əliyevanın, "Azəristiliktəchizat" ASC-nin məhkəməsi isə hakim Ülkər Həsənovanın sədrliyi ilə araşdırılacaq.