Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası növbəti tenderi yekunlaşdırıb.
FED.az xəbər verir ki, "Akademiyanın daşınar və daşınmaz əmlakının (əsas vəsaitlərin) qiymətləndirilməsi xidmətinin satınalınması" tenderinin qalibi "Azprice" MMC (VÖEN: 1005886601) olub.
Şirkətlə 16 min 22,5 manat məbləğində satınalma müqaviləsi imzalanıb.
Qeyd edək ki, qiymətləndirmə xidmətinə aşağıdakı işlər daxildir:
№ | Başlıq | Açıqlama | Miqdar | Ölçü vahidi |
---|---|---|---|---|
1 |
ADBTIA-nın Fətəli xan Xoyski 98 ünvanında yerləşən bina və tikililərinə (15 bina və 7 tikili) baxışın keçirilməsi, tələb edilən müvafiq ölçü işlərinin aparılması (sahələrin müəyyən edilməsi ilə), tikilinin vəziyyətinin qiymətləndirilməsi və bazar dəyərinin müəyyən edilməsi |
təsvirə uyğun |
22 |
ədəd |
2 |
ADBTIA-nın Fətəli xan Xoyski 98 A ünvanında yerləşən bina və tikililərinə (2 bina və 7 tikili) baxışın keçirilməsi, tələb edilən müvafiq ölçü işlərinin aparılması (sahələrin müəyyən edilməsi ilə), tikilinin vəziyyətinin qiymətləndirilməsi və bazar dəyərinin müəyyən edilməsi |
təsvirə uyğun |
9 |
ədəd |
3 |
ADBTIA-nın stadion kompleksinə baxışın keçirilməsi, müvafiq ölçü işlərinin aparılması (sahələrin müəyyən edilməsi ilə), tikilinin vəziyyətinin qiymətləndirilməsi və bazar dəyərinin müəyyən edilməsi |
təsvirə uyğun |
1 |
ədəd |
4 |
ADBTİA üzgüçülük hovuzuna baxışın keçirilməsi, müvafiq ölçü işlərinin aparılması (sahələrin müəyyən edilməsi ilə), tikilinin vəziyyətinin qiymətləndirilməsi və bazar dəyərinin müəyyən edilməsi |
təsvirə uyğun |
1 |
ədəd |
5 |
Ötürücü qurğulara baxışın keçirilməsi, müvafiq ölçü işlərinin aparılması , vəziyyətinin qiymətləndirilməsi və bazar dəyərinin müəyyən edilməsi |
təsvirə uyğun |
2 |
ədəd |
6 |
Maşın və avadanlıqlara, hesablama texnikalarına baxışın keçirilməsi, mövcud vəziyyətinin qiymətləndirilməsi və bazar dəyərinin müəyyən edilməsi |
təsvirə uyğun |
1.930 |
ədəd |
7 |
Nəqliyyat vasitələrinə baxışın keçirilməsi, mövcud vəziyyətinin qiymətləndirilməsi və bazar dəyərinin müəyyən edilməsi |
təsvirə uyğun |
8 |
ədəd |
8 |
İstehsalat alətləri və təsərrüfat inventarlarına baxışın keçirilməsi, mövcud vəziyyətinin qiymətləndirilməsi və bazar dəyərinin müəyyən edilməsi |
təsvirə uyğun |
1.281 |
ədəd |
9 |
Qeyri maddi aktivlərin (proqram təminatı) qiymətləndirilməsi və bazar dəyərinin müəyyən edilməsi |
təsvirə uyğun |
136 |
ədəd |
10 |
Digər əşyalara baxışın keçirilməsi, mövcud vəziyyətinin qiymətləndirilməsi və bazar dəyərinin müəyyən edilməsi |
təsvirə uyğun |
4.243 |
ədəd |
Çatdırlma müddəti 2023-cü il ərzində başa çatmalıdır.
"Azprice" MMC daha əvvəl İcbari Tibbi Sığorta Agentliyi ilə "Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərə dair əhalinin məmnunluq səviyyəsinin qiymətləndirilməsi məqsədilə sosioloji sorğunun keçirilməsi və alınan məlumatların təhlili xidmətlərinin satın alınması" tenderi üzrə müqavilə bağlayıb (10.10.2023).