Tikilməkdə Olan Melıorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti növbəti tenderin nəticələrini elan edib
FED.az xəbər verir ki, tenderin qalibi "Azmek-LTK" MMC seçilib
Qalib şirkətə 1 368 913 manat ödəniləcək.
Tenderdə “Astara rayonunu Kijəbə qəsəbəsinin pay torpaq və həyətyanı torpaq sahələrinin Ləvain su anbarlarında suvarma suyu ilə təmin edilməsi tədbirləri üzrə tikinti işlərinin” satın alınması nəzərdə tutulur.
"Azmek-LTK" MMC 2020-ci ildə də həmin qurumun 1 082 000 manat dəyərindəki "Lot 6. Füzuli rayonunda 14 quyu, Beyləqan rayonunda 12 quyu" tenderinin də qalibi seçilib (05.05.2020). Ümumilikdə isə 2020-ci ildən indiyədək 10 tednerin qalibi seçilib.