"Azərbaycan Yaşıllşadırma və Landşaft Quruluşu" ASC 2021-ci il maliyyə hesabatlarının beynəlxalq audit standartlarına uyğun auditinin həyata keçirilməsi və müstəqil audit rəyinin verilməsi xidmətlərinin satın alınması ilə bağlı kotirovka soğrusuna yekun vurub.
FED.az xəbər verir ki, qalib "Azəruçot" MMC (VÖEN: 2007078631) seçilib.
Qalib şirkətlə 5 000 manat məbləğində müqavilə imzalanıb.
"Azəruçot" MMC bundan əvvəl isə "AzərTAC" informasiya agentliyinin 10 284 manat dəyərindəki Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) publik hüquqi şəxsin 2022-ci il üzrə "Maliyyə hesabatlarının və maliyyə fəaliyyətinin,satınalma prosedurlarının təşkilinin auditi xidməti” kotirovka sorğusunun qalibi olub.