"Azərbaycan Yaşıllşadırma və Landşaft Quruluşu" ASC 2022-ci il maliyyə hesabatlarının beynəlxalq audit standartlarına uyğun auditinin həyata keçirilməsi və müstəqil audit rəyinin verilməsi xidmətləri satın alınması ilə bağlı kotirovka soğrusuna yekun vurub.
FED.az xəbər verir ki, qalib "Azəruçot" MMC (VÖEN: 2007078631) seçilib.
Qalib şirkətə 8 500 manat ödəniləcək.
"Azəruçot" MMC bundan əvvəl isə Şahdağ Turizm Mərkəzinin 10 200 manat dəyərindəki audit xidmətinin satın alınması kotirovka sorğusunun qalibi olub.
Bununla da şirkətin qalib gəldiyi kotirovka sorğularının sayı 7-yə çatıb.