"Azərxalça" Açıq Səhmdar Cəmiyyəti (VÖEN – 1503323631) açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderin predmeti Sumqayıt şəhəri, Sumqayıt Kimya Sənayesi Parkında "Azərxalça ASC"-yə məxsus mövcud xammal anbarının "Xalça emalı mərkəzi"nə çevrilməsi ilə əlaqədar yenidən qurulmasıdır. Ehtimal olunan qiymət 2 milyon 87 min 402 manat təşkil edir.
Təkliflərin son təqdim olunma vaxtı 26 yanvar 2026-cı il, saat 16:00, zərflərin açılışı isə həmin tarixdə, saat 16:00-da keçiriləcək.
İştirak haqqı 1000 manatdır. İstifadə haqqı isə 25 manat təşkil edir.
Əlaqələndirici şəxs: Fateh Əliyev -Satınalma şöbəsinin rəisi
[email protected]
+994 12 585 13 33
İddiaçıların tələb olunan sayı: 3
İddiaçılar təkliflərini 26 yanvar 2026-cı il, saat 16:00-a qədər Şumqayıt ş. Kimyaçılar küçəsi, ev1 AZ5002 ünvanına təqdim edə bilərlər.











