"Azərsu" ASC "Nəqliyyat və Xüsusi Texnika İdarəsinin balansında olan minik maşınları, yük maşınları və texnikalar üçün ehtiyyat hissələrinin satın alınması" tenderinə yekun vurub.
FED.az xəbər verir ki, tenderin qalibi "Araz Motors" MMC (VÖEN: 2900252411) olub.
Şirkətlə 1 615 725 manat dəyərində müqvilə imzalanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl "Bakı Metropliteni"dən 2 398 709 manat dəyərindəki "“Bakı Metropoliteni” QSC-nin yük, minik avtomobilləri, xüsusi texnikaları və təsərrüfat qatarları üçün ehtiyyat hissələrinin satınalınması" tenderi üzrə sifariş alıb (01.03.2022).