"Azərsu” ASC-nin daxili vəsaiti hesabına 2022-ci il üçün qovluqların, açıqcaların və təbrik mətnlərinin hazırlanması işlərinin satın alınması üzrə tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 100 manatdır və təkliflərin son təqdim olunma tarixi və vaxtı 25.01.2022-ci il saat 16:00-a kimidir.
Tenderlə qovluq / A4 / süni dəri qəhvəyi rəng / gerbli, açıqca / zərf ilə, təbrik mətni / 1480x570 mm / vinil və s. alınacaq.
Təşkilati və hüquqi sənədlər:
Qeydiyyatdan keçdiyi ölkə - Əsli olmadığı halda notarial qaydada təsdiq olunmuş surətinin pdf formatı portala yüklənməlidir.
Nizamnamə - Əsli olmadığı halda notarial qaydada təsdiq olunmuş surətinin pdf formatı yüklənməlidir.
Son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması - Əsli olmadığı halda notarial qaydada təsdiq olunmuş surətinin pdf formatı portala yüklənməlidir.
Maliyyə vəziyyəti haqqında bank arayışı - Əsli olmadığı halda notarial qaydada təsdiq olunmuş surətinin pdf formatı portala yüklənməlidir.
Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış - Əsli olmadığı halda notarial qaydada təsdiq olunmuş surətinin pdf formatı portala yüklənməlidir.
Rekvizitlər - Əsli olmadığı halda notarial qaydada təsdiq olunmuş surətinin pdf formatı portala yüklənməlidir.
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti - Əsli olmadığı halda notarial qaydada təsdiq olunmuş surətinin pdf formatı portala yüklənməlidir.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Tural Rzayev / mühəndis / [email protected] / 994124314767 (2266)
Məlumat mübadiləsi yalnız dövlət satınalmaları vahid internet portalı vasitəsilə aparılır;
• məxfi məlumatlarla əlaqədar satınalmalar zamanı belə məlumatların qorunması üçün satınalan təşkilat tərəfindən tədbirlər görülür;
• satınalan təşkilat və ya onun adından malgöndərənə (podratçıya), həmçinin malgöndərənlər (podratçılar) tərəfindən satınalan təşkilata məlumatların ötürülməsi yalnız dövlət satınalmaları vahid internet portalı vasitəsilə aparılır;
• Kağız üsulu ilə təqdim edilmiş təkliflər və sorğular nəzərə alınmayacaq.
Dövlət satınalmaları vahid internet portalına daxil olma, təkliflərin təqdim edilməsi elektron imza və ya Asan imza vasitəsilə mümkündür.
Elektron satınalma Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanunun 50-3-cü maddəsinə uyğun olaraq malgöndərənlərə (podratçılara) təqdim olunan meyarlar əsasında bağlanılır.