“Azərsu” ASC-nin daxili vəsaiti hesabına əhalinin su təchizatının yaxşılaşdırılması məqsədi ilə 50 ədəd subartezian və artezian quyularında diaqnostika, yuma, quyu inkişafı və təmir-bərpa işlərinin satın alınması üzrə elan etdiyi tenderin qalibi məlum olub.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 1870300 manatlıq tenderin qalibi "HYDRO-GEO ENVİRONNEMENT GROUP" MMC olub.
Hər iki şirkət arasında müqavilə bağlanılıb.