“Azərsu” ASC daxili vəsaiti hesabına printerlər üçün kartriclərin satın alınması üzrə tenderə yekun vurub.
Tenderlə bu avadanlıqlar alınır - SİYAHI
FED.az dövlət vahid elektron satınalmalar portalına istinadən xəbər verir ki, tenderin qalibi "AE UNION" MMC seçilib. 2854 müxtəlif markalı kartricin satınalınması üçün şirkətlə 636 995 manatlıq müqavilə imzalanıb.
Qeyd edək ki, bir kartricin orta qiyməti 223,2 manat təşkil edir. (Apa)