"Azərsu" ASC “Nəqliyyat və Xüsusi Texnika idarəsinin balansında olan avtobuslar, yük maşınları və xüsusi texnikalar üçün ehtiyyat hissələrinin satın alınması” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi “VNM SERVİS” MMC şirkəti olub. Şirkətlə 2 milyon 620 min 739 manat məbləğində müqavilə imzlanıb.