"Azərsu" ASC açıq tender elan edir.
FED.az xəbər verir ki, tender elanı Neftçala rayonunun 11 və Salyan rayonunun 6 yaşayış məntəqəsinin içməli su təchizatının yaxşılaşdırılması işlərinin satın alınması ilə bağlıdır (2-ci elan).
Müsabiqədə iştirak haqqı 500 manatdır.
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 05.06.2023 16:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 14.06.2023 16:00
Zərflərin açılış tarixi və vaxtı: 16.06.2023 16:00
Əlaqələndirici şəxs: MƏMMƏDYAR MUSAYEV
Əlaqələndirici şəxsin nömrəsi: +994125386541
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər
- İddiaçının tam adı hüquqi statusu,nizamnaməsi qeydiyatdan keçdiyi ölkə və rekvizitlər
- Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi
- Tender təklifi (zərflərin açıldığı gündən qüvvədə olma müddəti) 65 bank günü
- Tender təklifinin ümumi qiymətinin 1 faizi məbləğində təminatın qüvvədə olma müddəti (zərflərin açılış tarixindən sonra) 30 bank günü
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış
- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı
- İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri
- Satınalan təşkilatın müəyyən etdiyi digər sənədlər
- 11. Tenderdə iştirak etmək üçün ərizə, 12. Malgöndərənin (podratçının) işin icrası üçün müqavilə imzalayacağı subpodratçı barədə konkret subpodratçının adı göstərilməklə məlumatlar (Əlavə №19), 13.İddiaçının satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması (Şəxsin səlahiyyətli olması barədə əmr təqdim edilməlidir), 14.Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə arayış, 15. Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə arayış (Ədliyyə Nazirliyindən alınmış müvafiq arayış), 16. Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə arayış, 17. Azərbaycan Respublikası dövlət standartlarına uyğun olaraq I və II məsuliyyət səviyyəli bina və qurğuların tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi üzrə verilmiş xüsusi razılıq (lisenziya) və onun əsasında həyata keçirilməsinə icazə verilən işlərin siyahısı, 18. Mühasibat balansları, mənfəət və zərər haqqında hesabat, 19. Kənar audit tərəfindən tərtib olunmuş son bir ildəki audit hesabatları (əgər varsa), 20. Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması- 1. (Son beş il (01 yanvar 2018 – 31 dekabr 2022) ərzində ümumi məbləği 10 milyon AZN-dən az olmayan, oxşar işi əhatə edən (oxşarlıq layihə və texniki spesifikasiyalarda təsvir edilən fiziki ölçüyə, mürəkkəbliyə, metodlara, texnoloqiyaya və digər xüsusiyyətlərə əsaslanmalıdır) ən azı iki sifarişi baş podratçı kimi qənaətbəxş şəkildə icra etməsi haqda məlumat və təsdiqedici sənədlər, 2.son beş il (01 yanvar 2018 – 31 dekabr 2022) ərzində ən azı 8 milyon AZN dövriyyə tələb olunur) və TMV 1.6-cı bəndində tələb olunan digər tələblər. Tenderdə iştirak haqqı: 500,00 (beş yüz) AZN İştirak haqqı heç bir halda geri qaytarılmır. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti VÖEN: 9900001751 Bank: “Kapitalbank” ASC-nin 1 saylı Nəsimi filialı Kodu: 200112 VÖEN: 9900003611 Yerli valyutada hesab nömrəsi AZ65AIIB33070019441100216111 Xarici valyutada hesab nömrəsi AZ55AIIB33170018401100216111 M/h: AZ37NABZ01350100000000001944 SWIFT AIIBAZ2X
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Müsabiqə proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir. İddiaçılar müsabiqədə iştirak etmək üçün göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) müəyyən edilən tələblərə uyğun təqdim etməlidirlər. Təklif və bank təminatı möhürlənmiş ikiqat zərfdə təqdim edilməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Təkliflərin açılışı zamanı iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.