“Azərmaş” MMC “Ekolizinq” MMC və “MB Logistika” MMC-ni məhkəməyə verib.
FED.az xəbər veriri ki, iddia mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr (Maddi ziyanın ödənilməsi) üzrə qaldırılıb.
Digər cavabdeh isə Babayev Rövşən Niyaz oğludur
İddia hakim Zaur Pirverdiyevin sədrliyi ilə araşdırılacaq. İcaatda olan işə Bakı Kommersiya Məhkəməsində baxılır.
Əlavə məlumat üçün qeyd edək ki, “Azərmaş” ASC 15 noyabr 2017-ci il tarixində Azərbaycanda avtomobil sənayesinin qurulması və inkişaf etdirilməsi məqsədilə yaradılıb.
“Ekolizinq” 2014-cü ildə 10 min manat nizamnamə kapitalı ilə fəaliyyətə başlayıb. Şirkət “Bakı Sığorta” ASC-nin səhmdarlarından biridir.