"Azərkosmos" Agentliyinin tenderində tarix dəyişikliyi olub.
- “Azərkosmos” peyklərinin xidmətlərindən - 500 MİLYON MANAT QAZANIB
-
“Azərkosmos” Agentliyi - TENDER ELAN ETDİ
FED.az xəbər verir ki, "Ağacların, onların əkilməsinin və suvarılması üçün damcılı suvarma sisteminin quraşdırılması işlərinin satın alınması məqsədilə keçirilən" açıq tender (elektron satınalma) proseduru üzrə "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsinin tələblərinə əsasən tender təkliflərinin son təqdim edilmə tarixi və vaxtı 02.03.2023-cü il saat 13:00 tarixinə qədər, təklif zərflərinin açılış tarixi və vaxtı isə 03.03.2023-cü il saat 13:00 tarixinə qədər uzadılıb.
Qeyd edək ki, həmin maddəyə əsasən satınalan təşkilat tender təklifləri verilməsinin son müddəti qurtaranadək tenderin əsas şərtlər toplusuna hər hansı malgöndərənin (podratçının) sorğusuna cavab olaraq dəyişikliklər və əlavələr edə bilər. Bu barədə məlumat dərhal tenderin əsas şərtlər toplusunu almış bütün malgöndərənlərə (podratçılara) göndərilir. Dəyişikliklər və əlavələr malgöndərənlər (podratçılar) üçün məcburi qüvvəyə malikdir.