"Azərkosmos" Agentliyi Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində (ƏYPİM) Mühafizə hasarının tikintisi işlərinin satın alınması ilə bağlı açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 350 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1302369281
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, AZ1000, Üzeyir Hacıbəyli küçəsi 72 M5
Müsabiqənin başlama tarixi və vaxtı: 06.09.2023 12:45
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 26.09.2023 13:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 04.10.2023 13:00
Zərflərin açılış tarixi və vaxtı: 05.10.2023 13:00
Ödəniş şərtləri - Müqavilə üzrə ödəmə malgöndərənin (podratçının) təqdim etdiyi sənədlər (qaimə-faktura, hesab fakturalar, aktlar və digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılır.
Çatdırılma yeri - Bakı-Şamaxı-Yevlax yolunun 37-ci kmi Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzi (ƏYPİM)
Çatdırılma müddəti - Satınalma müqaviləsi imzalandıqdan sonra görüləcək işlərə 3 (üç) bank günü ərzində başlanılmalı və 60 (altmış) təqvim günü ərzində tam olaraq təhvil verilməlidir.
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış;
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd;
İddiaçının Rekvizitləri;
İddiaçının mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması haqqında sənəd;
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd;
İddiaçının Nizamnaməsi;
Qeydiyyatdan keçdiyi ölkə;
Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd;
Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (vergi Bəyannaməsi);
İşin icrası üçün müqavilə imzalayacağı subpodratçı barədə məlumatlar (subpodratçı cəlb edəcəyi təqdirdə);
İxtisas göstəriciləri:
Malgöndərənin müvafiq sahədə peşəkarlığı və təcrübəsi;
Tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərinin icra edilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi (və ya müvafiq dövlət orqanı) tərəfindən verilmiş lisenziya- əlavəsi ilə birlikdə;
Tender predmeti üzrə şirkətin zəruri əməkdaşlarının mövcudluğu barədə;
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Kamil Əsgərov, Satınalmalar üzrə mütəxəssis
Email: [email protected]
Əlaqə telefonu: 012-310-00-55