"Azərkosmos" Agentliyi “Azerspace-2” peykinin sığortalanması xidmətlərinin satın alınması ilə bağlı açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 450 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1302369281
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, AZ1000, Üzeyir Hacıbəyli küçəsi 72 M5
Müsabiqənin başlama tarixi və vaxtı: 09.08.2023 15:30
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı:29.08.2023 16:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 06.09.2023 16:00
Zərflərin açılış tarixi və vaxtı: 07.09.2023 16:00
Ödəniş şərtləri - Müqavilə üzrə ödəmə malgöndərənin (podratçının) təqdim etdiyi sənədlər (qaimə-faktura, hesab fakturalar, aktlar və digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılır.
Çatdırılma yeri - Bakı şəhəri, AZ1000, Ü.Hacıbəyli küçəsi 72, M5, ƏYPİM, EYPİM
Çatdırılma müddəti - Müqaviləni imzalayacaq qalib şirkət müqavilə imzalandığı gündən onun icrasına başlamalıdır. Müqavilənin icra müddəti 1 (bir) ildir.
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış; - Müvafiq vergi orqanı tərəfindən tender elanı tarixindən sonrakı tarixə təqdim olunmuş arayış olmalıdır. Məktubun əsli skan olunmuş şəkildə və ya məktub elektron formada əldə olunduğu zaman həmin sənədin notariusda təsdiq olunmuş forması - pdf formatda portala əlavə edilməlidir.
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (vergi Bəyannaməsi); - Vergi orqanının rəsmi blankında və ya elektron təqdim olunmuş sənədin üzərində "əsli ilə düzdür" göstərilməlidir, yaxud notarial təsdiq olunmuş -pdf formatda portala əlavə edilməlidir.Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış; -
Tender elanı tarixindən sonrakı tarixə bank tərəfindən təqdim olunmalıdır - məktubun əsli skan olunmuş şəkildə - pdf formatda portala əlavə edilməlidir.
Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd; -Müvafiq orqan tərəfindən tender elanı tarixindən sonrakı tarixə təqdim olunmuş arayış olmalıdır. Məktubun əsli rəsmi blankda və ya məktub elektron formada əldə olunduğu zaman həmin sənədin notarial təsdiq olunmuş forması- pdf formatda portala əlavə edilməlidir.
İddiaçının Nizamnaməsi; Şirkətin Nizamnaməsi (əgər dəyişiklik olmuşdursa dəyişikliklə birlikdə) notarial təsdiq olunmuş pdf formatda portala əlavə edilməlidir.
Qeydiyyatdan keçdiyi ölkə; Şirkətin Dövlət reyesterindən çıxarış (əgər dəyişiklik olmuşdursa dəyişikliklə birlikdə) və vöeni notarial təsdiq olunmuş pdf formatda əlavə edilməlidir.
İddiaçının Rekvizitləri; Şirkətin bank hesabı, hüquqi və faktiki ünvanı göstərilməklə rəsmi blankda imzalı –pdf formatda portala əlavə edilməlidir.
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd; - Müvafiq orqan tərəfindən tender elanı tarixindən sonrakı tarixə təqdim olunmuş arayış olmalıdır. Sənədin əsli rəsmi blankda və ya məktub elektron formada əldə olunduğu zaman həmin sənədin notarial təsdiq olunmuş forması – pdf formatda portala əlavə edilməlidir
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd; - Müvafiq orqan tərəfindən tender elanı tarixindən sonrakı tarixə təqdim olunmuş arayış olmalıdır. Sənədin əsli rəsmi blankda və ya məktub elektron formada əldə olunduğu zaman həmin sənədin notarial təsdiq olunmuş forması – pdf formatda portala əlavə edilməlidir.
İddiaçının mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması haqqında sənəd; Statistika komitəsi tərəfindən əldə edilmiş olmalı sənəd – pdf formatda portala əlavə edilməlidir.
İxtisas göstəriciləri:
Müvafiq sığorta xidmətlərinin göstərilməsi ilə bağlı lisenziya; - Təsdiqedici sənədlərin orijinallarının skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir.
İddiaçının və ya əməkdaşlıq etdiyi sığorta brokerinin peyklərin sığortalanması ilə bağlı sığorta təcrübəsi olması ilə bağlı sənəd; - Təsdiqedici sənədlərin orijinallarının skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir.
Təkrarsığortaçılar cəlb olunarsa, reytinqi S&P Global Ratings üzrə “BBB” və ya AM Best üzrə “A-” dərəcəsindən aşağı olmaması barədə sənəd; - Təsdiqedici sənədlərin orijinallarının skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir.
İddiaçının satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması haqqında sənəd; - Sığortaçının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiqlənmiş “Əmlak sığorta qaydaları” na əsasən Kosmik sığorta müqaviləsi imzalamaq səlahiyyəti olmalıdır. Bununla bağlı iddiaçı tərəfindən “Əmlak sığorta qaydaları”na dair müvafiq müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiqlənmiş sənəd PDF formada portalda müvafiq hissəyə əlavə edilməlidir. İddiaçı tərəfindən sənədin əsli və ya notarial qaydada təsdiq edilmiş surəti təqdim edilməlidir.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Kamil Əsgərov , Satınalmalar üzrə mütəxəssis
Email: [email protected]
Əlaqə telefonu: 012-310-00-55
Müqavilə müddəti bir ildir (26.09.2023 – 26.09.2024); Sığorta olunacaq əmlakın dəyəri 82.0 milyon ABŞ dollarıdır. |