"Azərkosmos" Agentliyi təkliflər sorğusu elan edir.
FED.az xəbər verir ki, sorğuda 2-6 oktyabr 2023-cü il tarixlərində 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində keçiriləcək sərgi ilə əlaqədar pavilyonun konstruksiya və bütün əlavə elementlərinin, havalandırma və kondisioner sistemlərinin quraşdırılması və sökülməsi üzrə işlərin satın alınması nəzərdə tutulur.
Satınalan təşkilatın email ünvanı: [email protected]
Faks nömrəsi: -
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, AZ1000, Üzeyir Hacıbəyli küçəsi 72 M5
Sənəd qəbulunun başlama tarixi və vaxtı: 12.06.2023 11:00
Sənəd qəbulunun bitmə tarixi və vaxtı: 25.06.2023 17:30
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Müsabiqə proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir. İddiaçılar müsabiqədə iştirak etmək üçün göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) müəyyən edilən tələblərə uyğun təqdim etməlidirlər. Təklif və bank təminatı möhürlənmiş ikiqat zərfdə təqdim edilməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Təkliflərin açılışı zamanı iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.